Siyasət

“Azərbaycanda sülhməramlıların roluna iki münasibət var”

“Burada qəribə heç nə yoxdur. Sülhməramlılarla bağlı həqiqətən də cəmiyyətdə müxtəlif fikirlər var”.  Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Orucun “Sizcə, Rusiya sülhməramlılarının bölgəyə gəlişinin nəticələri necə olacaq?” sualı ətrafında keçirdiyi sorğunun nəticələrindən danışarkən deyib.
O, bunun ictimai sorğu olduğunu deyib: “Sorğunun nəticələrindən belə bir qənaətə gəlirik ki, Azərbaycan cəmiyyətində sülhməramlıların roluna iki münasibət var. Daha çox adam sülhməramlıların oynayacağı rolun sonluğunu gözləyir, nisbətən az hissə isə üçtərəfli bəyanatda elan olunan məqsədlər naminə gəldiyini deyir. Bu müxtəlif fikirlər də sosial sorğuda əks olunub”.
Politoloq qeyd edib ki, sorğuda Zahid Orucun özünün rəyi əhəmiyyətli deyil: “Əsas odur ki, sorğu düzgün keçirilbsə, cəmiyyətdə məsələ barədə iki rəy olduğunu göstərir”.
Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi ölkə əhalisi arasında keçirdiyi daha bir sorğunun nəticələrini elan edib. Mərkəzin idarə heyətinin sədr  Zahid Oruc bildirib ki, sorğu Rusiya sülhməramlılarının bölgəyə gəlişinin nəticələrinin necə olacağı sualı ətrafında keçirilib. Nəticələrə əsasən, respondentlərin 44.6 faizi bu suala mənfi, 35.5 faizi müsbət cavab verib. Sorğuda iştirak edənlərin 19.9 faizi isə “fikrim yoxdur” cavabı ilə kifayətlənib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button