Siyasət

Bu, Türkiyənin İrana xəbərarlığıdır – Sabiq XİN başçısı

“Hesab edirəm ki, Türkiyənin İran yük maşınları üçün bütün sərhəd keçid məntəqələrini bağlanması müvəqqəti və eyni zamanda xəbardarlıq xarakteri daşıyır”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov deyib. O hesab edir ki, bu addımıla İrana diplomatik dildə xəbərdarlıq edilib:
“İndi belə məlumat var ki, bununla əlaqədar İranın Xarici İşlər naziri Türkiyədədir. İranın Xarici İşlər naziri Moskvada olarkən Azərbaycana gələcəyi bağlı açıqlama vermişdi. Hesab edirəm ki, məsələlərin diplomatik müstəviyə keçməsinin əsl vaxtıdır. Bu yolla böhran aradan qaldırılacaq”.
Tofiq Zülfüqarovun fikrincə, böhranı daha da kəskinləşdirmək heç bir dövlətin xeyrinə deyil:
“Həm İran, həm Azərbaycan, həm Türkiyə arasında yaranan problemi danışıqlar yolu ilə həll etmək daha doğrudur. Diplomatik müzakirələrə qayıtmağın əsl vaxtıdır. Hələ ki, prosesdə nə udan var, nə də uduzan. Söhbət sadəcə ondan gedir ki, ölkələr arasında münasibətlərin müxtəlif üslubları var. Bu baxımdan problemi tez bir zamanda həll etmək hamı üçün yaxşı nəticə olacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button