Siyasət

Dmitri Peskov: “Qarabağ məsələsi ilə bağlı işlər pis getmir”

“Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış razılaşmaya əsasən Dağlıq Qarabağ məsələsi ilə bağlı nizamlanma işləri pis getmir”.  JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki, problemin aradan qaldırılmasına Putin xüsusi enerji sərf edir. “Ümumilikdə, bu istiqmətdə işlər pis getmir. Siz bilirsiz ki, üçtərəfli anlaşmanın ərsəyə gəməsi məhz Vladimir Putinin gərgin əməyi sayəsində mümkün olub. Hazırda da həmin anlaşmanın həyata keçirilməsi üçün Putin çox enerji sərf edir. O mütəmadi olaraq, həm Azərbaycan Prezidenti İlham Əliyevlə, həm də Ermənistanın baş naziri ilə əlaqə qurur. Faktiki olaraq mövcud anlaşmanın reallaşdırılması, lazımi nəticələrin əldə edilməsi istiqamətində işlər görülür”.

Bundan başqa, Peskov Fransanın Qarabağ məsələsi ilə bağlı açıqlamasını da şərh edib. Paris hökuməti bəyan edib ki, onlar Qarabağ məsələsinin həllində birbaşa iştirak etmək istəyirlər. “Əgər vasitəçilərin səyləri sülh gətirəcəksə, bunu yalnız alqışlamaq lazımdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button