Siyasət

Erməni lobbisi Baydenə məktub yazdı: “Əliyev və Ərdoğana sanksiya tətbiq elə”

Dünən ABŞ-ın 46-cı prezidenti olaraq and içən Jozef Bayden vəzifəsini icraya başlayan kimi, Amerikada yaşayan ermənilərin əsas diaspora təşkilatı olan ANCA ona təbrik məktubu yazıblar. JAMAZ.İNFO xəbər verir ki, Amerika Erməniləri Beynəlxalq Komitəsi (ANCA) Baydendən Azərbaycan və Türkiyəyə sanksiya tətbiq etməsini istəyiblər.

ANCA-nın göndərdiyi məktubda qeyd edilir ki, ABŞ Azərbaycan və Türkiyəyə heç bir hərbi yardım göstərməməli və onlara sanksiya tətbiq etməlidir. “Qanunlara uyğun olaraq ABŞ ordusunun və təhlükəsizlik güclərinin Azərbaycan və Türkiyəyə dəstəyi dayandırılmalıdır. Hər iki ölkənin silah idxal və ixracı ləğv edilməlidir. İlham Əliyevə və Rəcəb Tayyib Ərdoğana Qarabağda insan haqlarını kobud şəkildə pozduqları üçün sanskiya tətbiq edilməlidir”.

Amma erməni lobbisinin “ürəyi bununla da soyumaylb”. Onlar Qarabağ savaşında başlarının bəlası olan Türkiyə istehsalı olan PUA-larla da bağlı addımların atılmasını istəyiblər. “ABŞ dövlət katibi, Ppentaqon və Ədliyyə Nazirliyi Türkiyəyə PUA istehsalı üçün hissələr göndərən şirkətlərlə bağlı araşdırmalara başlamalı və onları da sanksiya siyahısına daxil etməlidir”.

Qeyd edək ki, ermənilər Qarabağda uğradıqları məğlubiyyətdən sonra özlərinə gələ bilmirlər. Bütün cəbəhlərdə uduzan ermənilər əllərinə fürsət düşən kimi, Azərbaycan və Türkiyə əleyhinə hansısa addımlar atmağa çalışırlar. Baydenə yazılan məktub və oradakı ağılsız istəklər də həmin addımlardan biridir. ABŞ dövləti erməni lobbisi hər nə qədər güclü olsa belə, onların arzusu ilə idarə olunmur və onların arzuladığı şeyləri də həyata keçirmək kimi bir lüks sahibi deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button