ManşetSiyasət

Ermənistan yenə qarışdı: Bakıdan İrəvana Azərbaycan və Türkiyə nümayəndələri gedib?

Ermənistanda vəziyyət yenidən qarışmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, bu dəfəki etirazların səbəbi isə dünən baş verən hadisədir.

Belə ki, dünən Bakıdan İrəvana hərbi əsirləri aparmalı olan təyyarənin boş olduğu üzə çıxıb. Məlum olub ki, Azərbaycan tərəfi Ermənistanın istədiyi “hərbi əsirləri” verməkdən imtina edib. Buna səbəb isə Bakının həmin 62 nəfəri hərbi əsir kimi tanımaması, onları terrorçu olaraq mühakimə etməsidir.

Amma etirazlara səbəb olan məsələ təkcə bu olmayıb. Hazırda Ermənistanda başqa bir məsələ ətrafında müzakirələr gedir. JAMAZ.İNFO xəbər verir ki, erməni mediası dünən Bakıdan İrəvana uçan təyyarədə Azərbaycan və Türkiyədən olan nümayəndə heyətinin olduğunu iddia edir. Həmin iddiaya görə, sözügedən nümayəndə heyəti Zəngəzurdan keçməli olan nəqliyyat dəhlizi məsələsini müzakirə etmək üçün İrəvana gəliblər.

Qeyd edək ki, Azərbaycan Ermənistandan keçəcək dəmir və avtomobil yollarının açılmasını, bunun üçün həmin ərazidə tikinti işlərinin aparılmasına hazır olduğunu bəyan edib. Bundan başqa, 10 noyabr anlaşmasına əsasən Ermənistan Zəngəzurdan keçərək Naxçıvanı Azərbaycanla birləşdirəcək nəqliyyat dəhlizinin açılmasına razılıq verdiyini bəyan edib. Və bu, xüsusi maddə olaraq bəyanatda yer alıb. Lakin razılaşmadan 6 ay keçməsinə baxmayaraq, Eermənistan tərəfi dəhliz məsələsində hər hansı addım atmayıb və aparılan danışıqlarda da məsələni uzatmağa çalışırlar.

Onu da vurğulayaq ki, erməni tərəfinin iddia etdiyi məsələ barədə Azərbaycan rəsmilər hər hansı bir açıqlama verməyiblər. Rəsmi Bakının İrəvana nümayəndə heyəti gödnərdiyi naməlum qalsa da, Türkiyə tərəfindən də bu barədə hər hansı açıqlama verilməyib. Həçənd Ankara belə məsələləri gizli şəkildə etmir və əgər belə bir hal olsaydı Türkiyə rəsmilərində lakonik də olsaydı, açıqlama gələrdi. Görünən odur ki, erməni tərəfi xoflanıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button