Siyasət

Ermənistanın Azərbaycandan istəyə biləcəyi yeganə bir şey var… – Zərdüşt Əlizadə

“Ermənistanın Azərbaycandan istəyə biləcəyi yeganə bir şey var ki, o da Azərbaycan ərazisində yaşamaq üçün ermənilərin insan hüquqlarının təminatı. Başqa bir şeyə Azərbaycan razı olmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiya hərbçilərinin Ermənistan-Azərbaycan sərhədində yeləşməsi ilə bağlı ehtimallara aydınlıq gətirərkən deyib.
Politoloq hesab edir ki, sözügedən əraziyə əlavə sərhədçilərin yerləşdirilməsi xərc tələb edir:
“Birincisi, onların sayı artmalıdır, ikincisi, onların yerləşməsi üçün hansısa tikililər olmalıdır. İndiyə kimi rüs sərhədçiləri Ermənistan-İran, Ermənistan-Türkiyə sərhədlərində yerləşirdilər. Bu xərclərin hər biri hərbi büdcədə nəzərdə tutulur. Amma əlavə böyük sərhəd qoşunlarının yerləşdilməsi məsələsi ortaya çıxanda xərclər yenidən gündəmə gələcək. Bu, qəpik-quruş deyil, milyonlarla vəsait deməkdir. Onları yerləşdirmək və idarə eləmək asan iş deyil. Əsas odur ki, onlar bu dəfə hansı sərhədə nəzarət etmək istəyir?”.
Politoloqun fikirincə, əvvəlcə Azərbaycanla Ermənistan arasında gedən danışıqlarda həmin sərhədlər müəyyənləşməlidir:
“Əvvəl delimitasiya xəritə üzərində, sonra isə demarkasiya, hər kəsin içində, əlamətlər qurulmaqla bu proses başa çatmalıdır. Ermənistan müstəqil dövlətdir, sonra kimi istəyər, dəvət edər. İstər Amerika, istər Rusiya, istərsə də Əfqanıstanı. Bizim istəyimiz odur ki, sərhədimiz müəyyənləşsin. Sərhədlərin müəyyənləşməsi üçün komissiya, komitə, yaxud işçi qrupu lazımdır. Adını nə cür istəsələr, qoya bilərlər. Azərbaycan Ermənistan və köməkçi kimi Rusiya, yaxud Avropa ölkələrindən kimisə dəvət edə bilərlər. Sonra həmin komissiyalara yerli icra nümayəndələrindən bələdiyyələr də dəvət olunmalıdır. Masa arxasında iş getməlidir”.
Zərdüşt Əlizadə buna Ermənistanın razı olmadığını deyir:
“İndi Ermənistan mütəxəsisləri deyir ki, delimitasiya danışıqlarına yalnız o zaman başlaya bilərik ki, Azərbaycan Ermənistanın işin başlaması sənədinə Qarabağın Azərbaycana məxsusluğunu Ermənistanın tanımadığını yazmasıyla razılaşsın. Azərbaycan belə şərtlə heç zaman danışqlara başlamaz. Bu, xəstə təxəyülünün məhsuludur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button