Siyasət

“Gəncə işi“ ilə bağlı tutulan şəxs təcridxanada vəfat etdi

Gəncə işi ilə bağlı 2018-ci ilin oktyabrın 24-də Rusiyanın paytaxtı Moskva şəhərində saxlanılan Qurbanov Müşfiq Cümşüd oğlu 2020-ci il yanvarın 17-də Bakıya gətirilmişdi. O, 2018-ci ildə baş vermiş Gəncə hadisələr zamanı qəsdən adam öldürməyə cəhd, terrorçuluq, qanunsuz silah saxlama, dini zəmində nifaq salma, ölkənin konstitusiya quruluşunu dəyişməyə cəhd və s. əməllərdə ittiham olunur.
Anası Anisa Qurbanova deyir ki, oğlu işləmək üçün 2017-ci ilin fevralında Rusiyaya gedib. 2018-ci ilin oktyabr ayında isə Moskvada yaşadığı evin qarşısında tutulub: “Uşaqlarının gözünün qabağında mülki geyimli polislər oğlumu tutub maşına basıblar. Səbəbini bilmədiyinə görə ailəsi çox qorxub. M.Qurbanovu polislər aparandan 5 saat sonra evə zəng edərək bildirib ki, Gəncə olaylarına görə həbs edilib. A.Qurbanova deyir ki, oğlu ümumiyyətlə, Yunus Səfərovu tanımırmış.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button