ManşetSiyasət

Gorus-David-bek magistralı Azərbaycana qaytarılıb

“Bağlanılmış sazişə əsasən Gorus-David-Bek avtomagistralının 21 km-lik hissəsi Azərbaycan tərəfinə verilib”. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.
Həmin məlumatda deyilir ku, sözügedən yolun Azərbaycana verilməsi barədə sənəddə xüsusi qeyd yoxdur. “Lakin ikitərəfli razılaşmaya əsasən yolun 21 km-lik hissəsindən Ermənistan 3 il müddətinə istifadə edəcək. Yolun təhlükəsizliyini isə rus sülhməramlıları təmin edəcək. 3 il ərzində Ermənistan yeni yol çəkməlidir. Həmin yolun çəkilişi başa çatdıqdan sonra Gorus-David-bek yolu Azərbaycanın tam nəzarətinə keçəcək”.
Məlumatda o da deyilir ki, bu işlərə nəzarət Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyana tapşırılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button