Siyasət

İlham Əliyevdən Qarabağla bağlı açıqlamalar

“Müharibənin nəticələri məlumdur: Azərbaycan beynəlxalq səviyyədə qəbul edilmiş ərazilərimizin əhəmiyyətli hissəsini işğal altında saxlayan işğalçı ölkə üzərində qələbə çalıb”. JAMAZ.İNFO xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında deyib.

Dövlət başçısı qeyd edib: “Müharibə nəticəsində, bizdə olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin potensialının 80 %-i məhv edilib. Azərbaycan üçün bu, Vətən, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq, qəsbkarlıq müharibəsidir”.

Prezident həmçinin Rusiya prezidenti Vladimir Putinin Qarabağla bağlı açıqlamasına da münasibət bildirib. “Ötən gün Vladimir Putin KİV-ə müsahibəsində Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu açıqlayıb. Bu, ilk belə açıqlama deyil. Fikrimcə, bu, çox vacib açıqlamadır. Bu, həm də Ermənistandakı 10 noyabr bəyanatını dəyişmək istəyən revanşist qüvvələr üçün də vacib açıqlamadır”.

“Müsahibədə Vladimir Putinə “Ermənistan bəyanatın şərtlərini yerinə yetirməsə nə olacaq?” sualı veriləndə o, bunun intihar olacağını deyib. Bu, doğrudan da, belədir”, – o qeyd edib.

Bundan başqa ölkə rəhbəri vurğulayıb ki, Azərbaycanda koronavirusa qarşı vaksinasiya proqramına gələn ilin əvvəlindən başlaması planlaşdırılır. Prezident peyvəndlənmənin könüllü olacağını, dövlət hesabına aparılacağını bildirib.

Dövlət başçısı vaksinasiyaya dair strategiyanın hazırlandığını qeyd edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button