ManşetSiyasət

Keçmiş heykəl məhbusu Bayram Məmmədovun cəsədi tapılıb

Nə baş verib: Bayram Məmmədov haqda 2 maydan etibarən xəbər almaq mümkün olmayıb. Onun barədə axtarış elan etmək üçün polisə müraciət edildikdən sonra ölüm xəbəri alınıb.

Ölümü barədə nə məlumdur: Hələ ki cəsədə ilkin baxış keçirilməyib. Yalnız cəsədin fotosu polis tərəfindən dostlarına göstərilib və Bayram Məmmədov olduğu müəyyən edilib. Ölümün təfərrüatları barədə hələ heç bir məlumat yoxdur.

Bayram Məmmədov kimdir: B. Məmmədov Qiyas İbrahimovla birlikdə 2016-cı il 10 mayında eks-prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” və “Fuck the system” sözləri yazdıqdan sonra həbs olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2016-cı il 25 oktyabrda Qiyas İbrahimov, həmin il 8 dekabrında isə Bayram Məmmədov 10 il azadlıqdan məhrum edib. Hər iki gənc “Amnesty İnternational” təşkilatı tərəfindən “vicdan məhbusu” elan edilib.

Nə vaxt azadlığa buraxılıblar: Onlar 2019-cu ilin martında prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button