Siyasət

Laçınlılar Laçın şəhərinə nə vaxt qayıda biləcək?

“Laçınlıların rus sülhməramlıların nəzarəti altında yaşaması məntiqli deyil”. Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Laçın şəhərinin sakinlərinin 3 il müddətində yurd-yuvalarına qayıda bilməməsi ilə bağlı narahatçılıqlarını şərh edərkən deyib.
Politoloq hesab edir ki, rus sülhməramlılar yerləşdikləri ərazilərini dəyişib təzə yola keçəndən sonra Laçın şəhəri tam azad olunmuş hesab olunacaq və əhali şəhərə qayıda biləcək: “Söhbət ancaq Laçın şəhərinin özündən gedir. Şəhərin ətrafından yeni yol çəkiləcək. Bu səbəbdən əhali orada yaşaya bilməz. Ona görə şəhərdən kənar yol çəkilməsi nəzərdə tutulub. Deyirlər ki, həmin yol 3 ilə deyil, bir ilə hazır ola bilər”.
Politoloqun fikrincə, yeni yol hazır olandan sonra rus sülhməramlıları həmin əraziyə çəkiləcək: “Ancaq bundan sonra laçınlılar şəhərə qayıdacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button