Siyasət

Lavrov: “Türkiyə ilə birlikdə İrəvanla Bakının münasibətlərini normallaşdırmağa çalışırıq”

Xəbər verdiyimiz kimi, bu gün Antaliyada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın XİN başçısı Sergey Lavrov arasında görüş olub. JAMAZ.İNFO xəbər verir ki, görüşdə bir sıra məsələlər, o cümlədən Qarabağ məsələsi müzakirə edilib.

Görüşdən sonra mətbuat konfransı keçirən Lavrov bildirib ki, hazırda Rusiya və Türkiyə İrəvan və Bakı arasında münasibətlərin normmalşadırılması üçün zəruri olan bütün addımları atırlar. Onun sözlərinə görə, bununla bağlı səylərin davam etdirilməsi qərarlaşdırılıb. “Biz Ağdam şəhərində fəaliyyət göstərən Birgə Moitorinq Mərkəzinin fəaliyyətindən razıyıq. Bu ərazilərdə baş verənlərlə bağlı mövqelərimizi bölüşdük. İnanırıq ki, kompleks stabilliyə nail olmaqla nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa olunmasına nail olacağıq və Qafqazda planlaşdırdığımız çoxşaxəli iqtisadi əməkdaşlığa Rusiya və Türkiyə mühüm tövhə verəcəklər”.

Lavrov Ərdoğanın Şuşa şəhərinə səfər etməsinə də münasibət bildirib. “Ərdoğanın Şuşaya səfəri Azərbaycan və Türkiyə arasında ikitərəfli əməkdaşlığın təzühürüdür. Biz bu gün həmkarım Çavuşoğlu ilə anlaşdıq ki, hər birimiz Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, ermənilərin, azərbaycanlıların, habelə digər xalqların dinc və əmin-amanlıq, habelə mehriban qonşu kimi, yanaşı yaşaması üçün zəruri olan bütün addımları ataq. Əgər buna nail olsaq, digər məsələləri, o cümlədən siyasi xarakterli məsələləri sonra da həll edə bilərik”.

Onun sözlərinə görə, Moskva və Ankara bir çox məsələlərdə ortaq mövqeyə sahibdirlər. Onlardan biri kimi isə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini göstərib. O deyib ki, hazırda əsas hədəflərdən biri atəşkəs rejiminin qorunması və döyüş əməliyyatlarının önlənilməsidir. «Monitorinq Mərkəzi uğurla fəaliyyət göstərir. Bir daha bəyan edirəm ki, bizim əmakdaşlığımıza regionda ticari-iqtisadi və nəqliyyat əlaqələrinin qurulması daxildir. Biz Ərdoğan və Əliyevin təklif etdiyi 3+3 formatlı əməkdaşlıq məsələsini dəstəkləyirik. Üç Qafqaz ölkəsi və qonşular- Rusiya, Türkiyə və İranın iştirakı ilə bir əməkdaşlıq platforması yaratmaq niyyətindəyik. Biz bu gün bununla da bağlı danışdıq. İlkin mərhələ üçün bizim heç də pis olmayan yeni planlarımız var. Bbir daha vurğulayıram ki, biz Ermənistan-Azərbaycan və Qarabağ məsələləri ilə bağlı birgə və dərin əməkdaşlıq etməyimizdən məmnununq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button