Siyasət

Leonid Kalaşnikov: “Üçtərəfli razılaşmada Zəngəzur Dəhlizinə dair bənd var və o icra ediləcək”

Rusiya Dövlət Dumasının MDB ölkələri ilə əlaqələr, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr komitəsinin sərdi Leonid Kalaşnikov “Azad Mətbuat” qəzetinə verdiyi açıqlaması ilə erməniləri məyyus edib. JAMAZ.İNFO xəbər verir ki, o, üçtərəfli razılaşmada Zəngəzur Dəhlizinin çəkilməsinin nəzərdə tutulduğunu deyib.

O deyib ki, Zəngəzur Dəhlizi məsələsi üçtərəfli razılaşmada əksini tapıb və həmin bəyanat da onun reallaşmasını təmin edir. “Ancaq ermənilər türklərə deməlidir: sərhədləri də açın və bununla da ticarət başlayacaq! Və qoy, Azərbaycan sərhədlərini açsın. O zaman ermənilər dəmir yolu ilə Rusiyaya sərbəst gedəcəklər! İndi ermənilər üçün vacib olan budur! Mən həmişə postsovet respublikaları ilə məsələlərin üçtərəfli həllinə çağırmışam. Ermənistanda buna görə məni tənqid etdilər. Mənə niyə bizim tərəfimizi saxlamırsan deyirlər. Həmişə cavabım bu olub: Problemlərinizi heç bir Minsk Qrupu həll etməyəcək. Nə amerikalılar bununla maraqlanır, nə də fransızlar. Onların məqsədi Rusiyaya zərər verməkdir, çünki buna ehtiyacları var. Axı, onlar Cənubi Qafqazı niyə sakitləşdirməlidirlər?”

Qeyd edək ki, Kalaşnikovun bu açıqlamasından sonra Erməni mətbuatı onu “yalançılıqda”, “saxtakarlıqda” ittiham etməyə başlayıblar. Onlar üçtərəfli razılaşmada “Zəngəzur Dəhlizi” sözünün olmadığını, söhbətin yalnız kommunikasiyaların açılmasından getdiyini bildiriblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button