Siyasət

Mixail Neyjmakov: “NATO Ermənistana kömək etməz”

“Həqiqətən də Ermənistan mətbuatında Rusiya sülhməramlı kontingentinə qarşı həddindən artıq passivliyə görə ittihamlar var. Amma beynəlxalq təcrübə göstərir ki, bu, sülhməramlı kontingent üçün normal vəziyyətdir. Çünki adətən münaqişədə iştirak edən bütün tərəflər bundan narazı olurlar”. JAMAZ.İNFO xəbər verir ki, bunu Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov deyib.

Onun sözlərinə görə, Bakı da Rusiya sülhməramlılarından ən yüksək səviyyədə narazılığını bildirib. “Bundan əvvəl Ermənistandan olan bir sıra ekspertlər və siyasətçilər Rusiyanı, onların fikrincə, İrəvana kifayət qədər dəstək verməməkdə ittiham ediblər. Aydındır ki, Moskva ilə Bakının uzunmüddətli hərbi-texniki əməkdaşlığı erməni tərəfinin xoşuna gələ bilməz. Yəni Ermənistanda ictimai-siyasi müzakirələrdə “Moskva Bakını dəstəkləyir” tezisi ümumi tezisdir”.

“Bəs, Moskva bütün bunlara necə reaksiya verəcək” sualına cavab verən Nejmyakov deyib ki, Moskva, böyük ehtimalla, erməni KİV-lərində bu cür müzakirələrə sakitliklə cavab verəcək. “İrəvanın NATO ilə məsləhətləşmələri ilə bağlı son xəbərlər, təkrar edirəm, hələ də təsdiqlənməmiş xəbərlər olaraq qalır. Hər halda, təşkilatın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu nəzərə alsaq, ittifaqın Ermənistana hər hansı köməklik göstərə bilməsi ehtimalı azdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button