Siyasət

Naira Zöhrabyan: “Sünikin Çakaten kəndini Azərbaycana vermək üçün boşaldırlar”

«Bir qədər əvvəl Sünik rayonunun Çakaten kəndinin sakinləri mənə xəbər göndərdilər ki, onları kənddən çıxarırlar. Kənddən çıxarılmalarının səbəbini isə Çakatenin Azərbaycana verilməsi ilə izah ediblər. Onu da bildiriblər ki, Ermənistan bunu etməyə məcburdur”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri İrəvanda keçirilən mitinqdə çıxış edən “Çiçəklənən Ermənistan” Partiyasından olan deputat Naira Zöhrabyan deyib.

O bildirib ki, Nikol Paşinyan “türk GPS”nin köməyi ilə Ermənistan torpaqlarını qarış-qarış Azərbaycana verir. Amma Zöhrabyan bununla kifayətlənməyib və ittihamlarına davam edib: “Sən İşxansardakı ən strateji yüksəkliyi Azərbaycana verdin. Paşinyan, sən Erdoğanla əl-ələ verərək, “Böyük Turan” planını icra edirsən. Nikol, sən bizim türklərə verəcək torpağımız yoxdur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button