ManşetSiyasət

Natiq Cəfərli: “İrəvan məsələ qaldırsa, ermənilərin Bakıya, Gəncəyə qayıtmasına razılıq verməliyik”

“Zəngəzur məsələsinin gündəmdə olması ərazi iddiası, aqressivlik deyil – siyasi təzyiq vasitəsidir”. JAMAZ.İNFO xəbər verir ki, bu fikirlər REAL Partiyasının rəsmisi Natiq Cəfərliyə məxsusdur.

O qeyd edir ki, Azərbaycan qonşularıla sülh şəraitində yaşamaq istəyir. “İqtisadi və insani münasibətlərin yaranmasında, kommunikasiya xəttlərinin açılmasında, logistik əlaqələrinin bərpasında maraqlıyıq”.

Cəfərli sual edir ki, Azərbaycan Ermənistanla dinc qonşuluq etməyə hazırdı, amma rəsmi İrəvən buna hazırdımı?! “Sabah status məsələsini tək rəsmi İrəvan yox, Moskva, Paris, Vaşinqton qaldırsa nə olacaq?!”

REAL funksioneri hesab edir ki, Minsk Qrupu yerindəcə qalıb, heç yerə itməyib, rəsmi Moskva regionda tək söz sahibi olması istəyinin qarşısını, həm də Minsk Qrupu formatı ala bilər: “Biz işimizi doğru qursaq, Moskva ilə Qərb arasında olan münaqişə və fikir ayrılığından gözəl istifadə edə bilərik. Rusiyanın bu məsələdə tək söz sahibi olması tək bizi yox, elə Qərbi də narahat edir. Sabah Rusiya qoşununu ərazimuzdən çıxarılması məsələsində məhz Paris və Vaşinqton bizə kömək ola bilər”.

Cəfərli qeyd edir ki, bütün bunlarla yanaşı, Minsk Qrupunun təhlükəli yanları da var. “Bu, status məsələsidir. Biz özümüzü aldatmayaq, bu məsələ masaya gətiriləcək, müəyyən təzyiqlər olacaq”.

O bildirir ki, bu təzyiqlərin amortizasiyası üçün iki vacib yol var: “Daxildə çoxsəsli Parlament (həm də güclü vətəndaş cəmiyyəti) və paralel olaraq Zəngəzura qaçqınların qayıtması. Buna zəmanət məsələsi – başqa yol görmürəm. Biz ağılla, siyasi doğru ritorika ilə hər dəfə “Zəngəzur” deyəndə Ermənistan status məsələsində israrından vaz keçməsi şansı artır”.

Partiya funksioneri vurğulayır ki, Azərbaycan Ermənistana ərazi iddiası etmi. “Amma Qərbi Azərbaycandan olan türklərin öz ata-baba yurduna qayıtması üçün mütləq son sülh müqaviləsində hüquqi baza yaradılmalıdır. Əgər əvəzində Ermənistan Bakı, Sumqayıt, Gəncəyə erməni əsilli azərbaycanlıların qaytarılması məsələsini qaldırsa, buna da razılıq verməliyik. Çünki, demokrafik üstünlük bizdədi, yaxın 25-30 ildə regionda demokrafik üstünlük tam bizdə olacaq. İqtisadi, insanı münasibətlərin bərpasından da sonda udan biz olacağıq. Daha soyuqqanlı olmağı və strateji düşünməyi öyrənməliyik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button