Siyasət

Natiq Cəfərli: “Hakimiyyət gizli-qapalı işlərini sürdürməkdə israrlıdır”

“Bu gün Milli Məclisdə MSK-nın yeni (əslində elə köhnə) tərkibi təsdiq edildi. REAL-ın Parlament təmsilçisi Erkin Qədirli bu tərkibin əlehinə səs verib, MSK-nın belə formalaşdırmasına etirazımızı bildirib”. JAMAZ.İNFO xəbər verir ki, bunu REAL Partiyasının funksioneri Natiq Cəfərli deyib.

O bildirib ki, REAL qanunların onlara verdiyi səlahiyyətlərdən istifadə edərək, MSK-da özünün təmsilçilik haqqını istəmişdi. “Amma qanuni iddiamız rədd edildi”.

Partiya funksioneri qeyd edib ki, REAL təmsilçisinin MSK-da üzv olması bu qurumda baş verən daxili proseslərin, “mətbəxdə” baş verənlərin ictimayyətin və müxalifətin diqqətinə çatdırmaq üçün vacib idi. “Görünən odur ki, hakimiyyət bunda maraqlı deyil, öz gizli-qapalı işlərini sürdürməkdə israrlıdırlar. Özünə güvənən hökumət olsaydı, REAL-ın təmsilçisinin MSK-da olmağından bu qədər narahat olub, əvvəlcədən tədbir görməzdi”.

Natiq Cəfərli sonda vurğulayıb ki, REAL olraq ölkədə yenis seçki mühitinin formalaşdırılması, vətəndaşların öz taleyinin seçkidə öz əlinə alması üçün mücadilələri davam edəcək. “Məmləkət mütləq seçki sürəci, onun yaratdığı pozitiv dalğa ilə dəyişəcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button