Siyasət

Nazir: “Qarabağdakı sülhməramlılarla bağlı vaxtaşırı suallar yaranır”

Qarabağda Rusiya sülhməramlılarının yerləşməsi üçtərəfli bəyanat əsasında həyata keçirilib. Sülhməramlılar müvəqqəti olaraq Azərbaycanın Qarabağ bölgəsində yerləşib və orada fəaliyyətlərini davam etdirirlər. JAMAZ.İNFO xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, sülhməramlılar üzərlərinə düşən funksiyaları yerinə yetirirlər. “Təbii ki, vaxtaşırı hansısa suallar olur və o suallar əsasən hələ də Qarabağ bölgəsində Ermənistanın hərbi birləşmələrinin mövcudluğu, qanunsuz olaraq həmin ərazilərə səfərlərlə bağlıdır. Belə məqamlar olan halda məsələ həm sühməramlıların buradakı komandanlığı, həm də digər səviyyələrdə qaldırılır və müzakirə mövzusu olur. Azərbaycan tərəfi məsələlərin məhz bu müstəvidə həll edilməsinin tərəfdarıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button