Siyasət

Tofiq Yaqublunun ölkədən çıxışına icazə verilmədi

Bakı Apellyasiya Məhkəməsi siyasətçi Tofiq Yaqublunun ölkədən çıxmasına icazə verilməsi üçün etdiyi müraciəti üzrə qərar verib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat verib.
Bildirib ki, məhkəmənin bu gün elan etdiyi qərarla T.Yaqublunun ölkədən çıxışına icazə verilməyib.
T.Yaqublu ərizəsində bildirib ki, Gürcüstanın Bolnisi rayonunda yaşamış və bu il iyulun 11-də vəfat edən anası Hürümələk xanımın məzarını ziyarət etmək üçün onun barəsində tətbiq edilən “stop”un götürülməsini istəyir.
Qeyd edək ki, T.Yaqubluya məhkəmənin hökmü ilə 2 il 6 ay sınaq müddəti olmaqla şərti azadlıqdan məhrum etmə cəzası verilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button