Siyasət

Valentina Matvienko: “Azərbaycan-Ermənistan sərhəddi sovet xəritələrinə əsasən müəyyənləşməlidir”

Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Sankt-Peterburqda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası məsələsinə toxunub. JAMAZ.İNFO xəbər verir ki, o deyib ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri müharibəni dayandırmaq və dinc dialoqa başlamaq üçün sənədi imzalamaqla, sağlam düşüncə nümayiş etdirdilər. “Lakin danışıqlar prosesi ləng gedir və bu, regionda gərginliyə gətirib çıxarır”.

Matvienkonun sözlərinə görə, bu gün əsas problem sərhədlərin müəyyənləşdirilməsidir. “Məqsəd döyüş əməliyyatlarını bərpa etməyə imkanın yaradılmamasıdır. Rusiya Sovet xəritələrinin yalnız bizdə olduğunu və Müdafiə Nazirliyində saxlandığını nəzərə alaraq yardım təklif etdi. Onlar yoxlanılır, dəqiqləşdirilir, Ermənistanla Azərbaycan arasında dəqiq sərhədləri müəyyən etməyə çalışırlar. Yalnız bu xəritələr əsasında danışıqlar aparıla bilər”.

Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova isə bildirib ki, Rusiya Cənubi Qafqaz regionunda sabitliyin möhkəmləndirilməsi və regionun dinc həyatının normallaşması üçün əlindən gələni edir.  “Üçtərəfli səylər nəticəsində praktiki olaraq müvafiq işlər aparılır. Yüksək səviyyəli görüşlərə gəlincə, bildiyiniz kimi, şərh vermək Rusiya Prezident Aparatının hüququdur. Deyə bilərəm ki, biz sabitliyin möhkəmləndirilməsi, regionun dinc həyatının normallaşdırılması istiqamətində addımlar atmaq üçün hər şeyi edirik və təbii ki, hazırda ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına və inkişafına xüsusi diqqət yetirilir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button