ManşetSiyasət

Vazgen Manukyan: “Nikol Paşinyan da bizim Elçibəyimizdir”

“Baş nazir Nikol Paşinyan Qarabaö müharibəsi zamanı şəraiti və vəziyyəti düzgün qiymətləndirə bilmədi. O cəbhədə nə baş verdiyini bilmirdi. Əgər zamanında zəruri tədbirlər görsəydi, heç olmasa müəyyən üstünlüklər əldə edə və ya əsas mövqelərin əlimizdə qalmasını təmin edə bilərdi”. JAMAZ.İNFO xəbər verir ki, bu açıqlamanı Ermənistan müxakifətinin lideri Vazgen Manukyan Rusiyanın RBK xəbər agentliyinə  verdiyi müsahibəsində deyib.

Manukyan iddia edib ki, “rəngli inqilablar” yoluyla hakimiyyətə gələnlərin böyük əksəriyyəti hakimiyyəti idarə edə bilməyən bacarıqsız adamlar olublar.  “Paşinyan cəmiyyəti parçaladı. Onu köhnələr və təzələrə ayırdı. Belə hadisələr “rəngli inqilablar” baş vermiş Ukrayna və digər dövlətlərdə də baş verib”.

Erməni müxalifətinin lideri bununla yetinməyib, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyə də dil uzadıb və onu Paşinyanla müqayisə edib. “Birinci Qarabağ müharibəsində biz Azərbaycana qalib gəldik. Bizə kömək edən mühüm amil Əbülfəz Elçibəyin Azərbaycana rəhbərlik etməsi oldu. Həmin vaxt “rəngli inqilab” anlayışı yox idi. Lakin Elçibəy də eyni düşüncənin, fikrin adamıydı və o da meydandan hakimiyyətə gəlmuşdi. İndi isə Azərbaycan bizə qarşı eyni imkandan istifadə etdi. Yəni, bizim də öz Elçibəyimiz var”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button