Siyasət

“Xüsusi xidmət rəhbərləri xahiş etdilər ki, agentlərin adlarını açıqlamayaq” – İSA QƏMBƏR

“AXC hakimiyyəti SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin arxivlərinin açılmasında maraqlı idi”.

JAMAZ.info bildirir ki, bu sözləri Azərbaycan Milli Məclisinin sabiq sədri İsa Qəmbər LAF TV-yə müsahibəsində bildirib.

İ.Qəmbər bildirib ki, burada iki məqam nəzərə alınıb: “Birincisi, o zaman xüsusi xidmət orqanlarının rəhbərləri israrla xahiş etdilər ki, arxivləri dərhal açmayaq. Onlar israr edirdilər ki, arxvilər indi açılsa xüsusi xidmət özünün bütün agent şəbəkəsini itirəcək. O adamlar təkcə keçmişdə deyil, bu gün də Azərbaycanın təhlükəsizliyi üçün xidmətdədirlər. Digər tərəfdən biz hakimiyyət olaraq qərara aldıq ki, dövlət sirri haqqında, MTN haqqında qanun qəbul edilsin, bundan sonra arxivlər açılsın. Qərar belə olub. AXC hakimiyyətinin DTK arxivinin açılmaması barədə hər hansı qərar olmayıb”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button