Sosial

Ağstafanın icra başçısı Şəhid və Qazi ailələriyə görüşməkdən imtina edib

Hazırda Ağıstafa Rayon İcra Hakimiyyətinin qarşısında gərgin anlar yaşanır. Qazi və Şəhid ailələri icra başçısı ilə görüşmək, problemləri bildirmək və həll olunmasına nail olmaq istəyirlər. JAMAZ.İNFO xəbər verir ki, bu məlumatı jurnalist Elçin Rüstəmli yayıb.

O bildirir ki, icra vaşçısı Seymur Orucov isə onları qəbul etmək istəmir. “Qazi anası mənə zəng edib bildirdi ki, icra başçısı Seymur Orucov onları qəbul etmir. Bundan əvvəl dəfələrlə polis əməkdaşları onları maşına doldurub polis bölməsinə aparıblar. Orada haqlı olduqlarını qəbul edib sərbəst buraxıblar”.

Jjurnalist qeyd edib ki, Qazi anaları ona zəng edərkən ətrafda haray-qışqırıq səsləri gəlirdi. “İcra başçısı Seymur Orucuov, şəhid, qazi ailələrini niyə incidirsiz, niyə dinləmirsiz onları?”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button