Sosial

Ağsuda işıq böhranı – “Belə getsə qışda lapma yandırmalı olacağıq”

“Ağsu rayonunda işıq sistemi tamam çöküb. Rayon mərkəzinin özündə düz-əməlli işıq yanmır, tez-tez fasilələr yaranır. Kəndlərdə isə vəziyyət daha acınacaqlıdır”.
Bu sözləri Qaynarinfo-ya Ağsu sakinləri deyib. Onların sözlərinə görə, rayonun əksər kəndlərində işıq dirəkləri və xətləri keçən əsrin 60-70-ci illərindən qaldığından yüngül külək əsən kimi işıq idarəsi işıqları söndürür, çünki hər an qəza baş verə bilər.
“Dəfələrlə çürük dirəklər aşıb, xətlər qırılıb yerə tökülüb, mal-qaranı cərəyan vurub, qısaqapanmadan tikililərdə yanğınlar baş verib, insanlar üçün həyati təhlükələr yaranıb. Xüsusilə, belə hallar “Ləngəbiz xətti”nin əhatə etdiyi kəndlərdə baş verir. Ona görə ki, “Ləngəbiz xətti”nin üzərində yerləşən 12-yə qədər böyük kənddə işıq dirəkləri məftillərin hesabına ayaq üstə dayanır. İşıq idarəsinə müraciət edildikdə bildirirlər ki, material yoxdur, nə zaman material olar, onda dirəkləri və xətləri dəyişərik. Bu səbəbdən demək olar, hər gün adıçəkilən xəttin işıqla təmin etdiyi kəndlərdə elektrik verilişi böyük fasilələrlə dayandırılır. Təbii hallar bir yana, əgər bir kənddə işıq xəttində problem yaranarsa, məsələn, dirək aşarsa, problemi aradan qaldırmaq üçün 10-dan yuxarı kəndə elektrik enerjisinin verilişi dayandırılır. Hələ qış qarşıdadır. Bu gedişlə, qışda lampa yandırmalı olacağıq”, deyə sakinlər bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button