Sosial

Bərdədə bazar yandı – VİDEO

Bərdədə güclü yanğın olub. JAMAZ.İNFO “Report”a istinadən xəbər verir ki, hadisə Güloğlular kəndində, “Təzə Bazar” ərazisində qeydə alınıb.

Belə ki, bazarın paltar satışı hissəsində alovlanma baş verib. Yanğın güclü olduğundan alov 10-a yaxın mağazanı bürüyüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Bərdə Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyinin Yevlax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi də köməyə gəlib. Yanğının söndürülməsinə habelə Ağdam, Tərtər rayonlarından da yanğınsöndürmə briqadaları cəlb edilib.

Bir qədər əvvəl yanğın artıq söndürülüb. Hazırda yanğınsöndürənlər mağazalarda olan kiçik ocaqların söndürülməsinə çalışırlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button