Sosial

DİN-dən reaksiya gəldi: “İstintaq- əməliyyat tədbirləri davam etdirilir”

Ötən gün saytımızda Masallı rayonunda 5 il bundan öncə baş vermiş oğurluq hadisəsi ilə bağlı yazı dərc etmişdik. Həmin yazıda rayonun yeyənkənd kənd sakini Müslüm Məmmədovun evindən oğurluq edildiyi, 40 min manata yaxın qızıl-ziynət əşyaları aparıldığı barədə şikiayətindən bəhs olunurdu.

Qeyd edək ki, həmin yazıda Müslüm Məmmədov evindən oğurluq edənləri tanıdığını, lakin istintaqın naməlum səbəbdən bu məsələni açmadığını bildirmişdi. Bu gün isə DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev tərəfindən JAMAZ.İNFO-nun elektron poçtuna yazılı açıqlama daxil olub.

Həmin açıqlamada deyilir ki, məsələ ilə bağlı araşdırma davam edir. “Jamaz.info saytında dərc olunan “Masallıda 5 il öncə baş vermiş cinayətin üstü niyə açılmır?” – sərlövhəli yazı ilə bağlı bildiririk ki, sözügedən oğurluq faktının açılması istiqamətində hazırda Masallı Rayon Polis Şöbəsində müvafiq istintaq- əməliyyat tədbirləri davam etdirilir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button