ManşetSosial

Fevralın 15-dən karantin rejimi yenidən sərtləşdirilir?

Əhali arasında fevralın 15-dən etibarən yenidən sərt karantin rejiminin tətbiq olunacağına dair xəbərlər dolaşır. JAMAZ.İNFO xəbər verir ki, hətta bəzi dövlət müəssisələri, o cümlədən iş adamlarına bununla bağlı xəbərdarlıq edildiyi iddia olunur.

Məlumatlara görə, həmin şəxslərə portaldan keşmək üçün sənədlərini hazır saxlamaları və qısa müddətdə təmsil olunduqları qurumlara və ya şirkətlərə təqdim etmələri istənilib. Hətta bunu təsdiq edəcək xeyli sayda şəxsin olduğu da iddialar sırasında var.

Qeyd edək ki, rəsmi qurumlar ölkədə karanatin rejiminin sərtləşdiriləcəyi ilə bağlı heç bir açıqlama verməyiblər. TƏBİB və NK yanında Operativ Qərargahdan bildirilən odur ki, əgər yoluxma sayı artarsa, belə bir addıma gedə bilərlər. Faktiki olaraq, ölkədə koronavirusa yoluxma halları getdikcə azalır. Yanvarın 25-dən başlayan yumşalmalardan sonra da artımların qeydə alınmadığı müşahidə olunur. Təhsil Nazirliyi isə məktəblərdən sonra, universitetlərdə də dərslərin açılacağını bəyan edib. Və prosesin fevralın 15-dən start götürəcəyini bildirib. Eyni zamanda, orta məktəblərdə dərslər başlayandan sonra cəmi 9 yoluxma halının qeydə alındığı vurğulanır.

Bildirək ki, bu cür xəbərlərin yayılması əhali arasında çaşqınlıq yaradıb. Üstəlik, sərt karantin rejiminin yenidən seçiləcəyinə etiraz edirlər. Bəzi mənbələr hökumət qurumlarının da mövcud durumdan məmnun olmadıqlarını dilə gətirir. Hətta onlar da bu şəkildə davam etməsinə məhdud çərçivədə olsa da, etirazlarını bildirirlər. Digər tərəfdən, yoluxma hallarının artmadığı, əksinə düşdüyü bir vaxtda Operativ Qərargahın yenidən sərtləşməyə gedə biləcəyi bir qədər məntiqli görünmür.

Amma nəzərə alsaq ki, Azərbaycanda hər şey mümkündür, o zaman belə xəbərlərin əhali arasında geniş yayılmasının yekunda deyilənlərə gətirib çıxara biləcəyi qeyri-real hesab olunmayandır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button