Sosial

JEK-lərin Azərbaycanda hələ də ləğv edilməməsinin səbəbi nədir? – Ekspert

“Dövlət büdcəsindən ayrılan vəsaitlərin yuyularaq, başqa, qeyri-şəffaf istiqamətlərə yönəldilməsi MİS-lər vasitəsilə daha asan, rahat həyata keçdiyindən və bir çox məmurlar bunda maraqlı olduğundan bu günə qədər həmin qurumun fəaliyyətinə xitam verilmir”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert İlqar Hüseynli heç bir effekti olmayan, əksinə büdcəyə yük olan Mənzil İstismar Sahələrinin (MİS) hələ də Azərbaycanda fəaliyyət göstərməsinin səbəblərindən danışarkən deyib:
“Mənzil İstismar Sahələrinin əsas funksiyası şəhər təsərrüfatının idarə olunmasından ibarətdir. Bu qurum abadlıq işləri, söküntülərin bərpası, küçələrin süpürülməsilə məşğul olur. Nəticədə dövlətin kifayət qədər büdcəsi MİS-lər vasitəsilə həmin layihələrə yönəldilir. MİS-lərin qalmasında birmənalı şəkildə aydındır ki, korrupsiya faktoru özünü açıq şəkildə göstərir”.
Həmsöhbətimiz qeyd edir ki, MİS-lər tamamilə ləğv olunmalı, onun funksiyaları bələdiyyələrə verilməlidir:
“Ölkəmizdə həmçinin bələdiyyə sistemi də fəaliyyət göstərir. Onların statusunda göstərilir ki, bu qurum təmir-tikinti işlərini də həyata keçirir. Belədə öz maliyyəsi hesabına fəaliyyət göstərən alternativ qurum varsa, dövlət büdcəsinin hesabına paralel qurum olaraq MİS-lərin saxlanılmasına heç bir lüzum yoxdur. MİS-lər dövlət idarəçilik sistemində artıq öz funksiyalarını icra edə bilməyən səmərəsiz, köhnəlmiş qurumlardır. Gecikmədən onlardan birdəfəlik yaxa qurtarmalıyıq. Dünyada bu işləri görən qurum ancaq bələdiyyələrdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button