Sosial

Lənkəran İcra Hakimiyyətinin iki əməkdaşı saxlanılıb: İçkili maşın sürürmüşlər

Lənkəran Şəhər İcra Hakimiyyətinin iki əməkdaşı ötən gün rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.  JAMAZ.İNFO Bizim.Media-ya istinadən xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Emin Quliyev və onun xalası oğlu, həm də sürücüsü Anar Məmmədov sərxoş halda avtoxuliqanlıq edərkən saxlanılıblar. İddialara görə, sürücü Anar Məmmədovun avtomobili cərimə meydançasına aparılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev açıqlamasında sürücü Anar Məmmədovun içkili halda avtomobil idarə etdiyinə görə saxlanıldığını təsdiqləyib:

 

“Anar Məmmədov içkili halda öz şəxsi avtomobilini idarə edib. Saxlanılan zaman sürücünün yanında sərnişin qismində Emin Quliyev də olub. Qanuni qaydada Anar Məmmədova protokol tətbiq olunub və barəsində məsuliyyət nəzərdə tutulub”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button