Sosial

Lerik ağsaqqalları və ziyalıları Prezidentə növbəti dəfə müraciət etdilər

Lerik rayonun ziyalı və ağsaqqalları rayonda baş verən rüşvətxorluq, qohumbazlıq və rayonun abadlığı üçün dövlət tərəfindən ayrılmış vəsaitlərin rayonun abadlığına sərf olunmaması barədə cənab Prezident İlham Əliyevə, hörmətli Mehriban xanıma və baş prokurorluğa müraciət ediblər.
Müraciət edənlər Azadmedia.az-a bildiriblər ki, cənab Prezident təyin etdiyi icra başçılarına və məmurlara dəfələrlə bəzi qanunsuz, qohumbazlıq, rüşvətxorluq və dövlət əmlakını talan edib dağıtmamaq barədə mesajlar göndərib. Lakin bu mesajlara Lerik rayonunda rayon rəhbərliyi tərəfindən əməl olunmur. Leriklilır cənab Prezidentə onları qəbul etmələrini xahiş ediblər. Müraciət edənlərin siyahısında şəhid ailələrinin üzvləri, veteranlar, ziyalı və ağsaqqallar var. Onlar müraciətin müsbət cavablanacaağına əmindirlər Artıq uzun müddət rayonda kök salıb möhkəmlənən və rayonu monopolyaya çevirən bu rəhbərlik və onlara havadarlıq edən qüvvələr artıq insanları bezdirib və dövlətə qarşı qaldırmaqdadadırlar.
Onlar bildirirlər ki, əgər bu müraciət də gizlədilib cənab Prezidentə çatdırılmasa və tədbir görülməzsə, onlar Prezident Aparatının qabağına gələ bilərlər . 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button