Sosial
Lerikdə torpaq sürüşməsi: Kənd sakininin evi torpaq altıda qaldı
Lerik rayonu Lərmərüd kəndində torpaq sürüşməsi baş verib. Bu barədə Qaynarinfo-ya rayon sakini Zeynal Baxışzadə bildirib.
Onun sözlərinə görə, torpaq sürüşməsi nəticəsində kənd sakini Nəbulla Baxşiyevə məxsus ev yararsız hala düşüb: “Ev demək olar ki, tamamilə torpağın altında qalıb. Həyətdəki tövlə ilə bağlı da vəziyyət oxşardır. Yəni tövlə və oradakı mal-qara da torpaq altda qalıb. Bu gün icra başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev kəndə gəlib və vəziyyətlə tanış olub. O, Nəbulla Baxşıyevə yardım olunacağını vəd edib”