Sosial

Qarabağ Qazisi acınacaqlı durumda- KÖMƏYƏ EHTİYACI VAR

Birinci Qarabağ Savaşında qazi olmuş Bərdə sakini acınacaqlı durumda yaşayır. JAMAZ.İNFO xəbər verir ki, Bərdə rayonu, Heydər Əliyev prospektində yaşayan Məmmədrza İsmayılov illərdir mənzil problemindən əziyyət çəksə də, onun problemini həll etmək üçün heç bir addım atılmayıb.
İsmayılovun yaxınları bildirir ki, tənha və acınacaqlı durumda olan qazimizin həyat yoldaşı və qızı da bir müddət əvvəl dünyasını dəyişib.
Məlumatda deyilir ki, qazimizin yaşadığı daxmanın damı bərbad halda olduğundan qışda qar və yağış suları ilə dolur. Yayda isə həşəratların əlindən yaşanmaz hala düşür.
Bildirilir ki, hər ay 230 manat pensiya alan Məmmədrza İsmayılov oğlunun müalicəsi üçün kredit götürmək məcburiyyətində qalıb. Elə o səbəbdə də hər ay 220 manat kredit ödəyir. Yaxınları deyir: “Kreditlərini ödədikdən sonra cəmi 10 manat pulu qalır ki, onunla da bir həftə dolana bilir. Ayın qalan günləri yaxınlarının, yardımçı insanların hesabına keçinir”.
Qeyd edək ki, Məmmədrza İsmayılovun dəstəyə ehtiyacı olsa da, eyni zamanda, bununla bağlı Bərdə İcra Hakimiyyətinə müraciət edilsə də, heç bir tədbir görülmür və yardım edilmir.
Qonşuları və yaxınları isə JAMAZ.İNFO-ya bildiriblər ki, Məmmədrza İsmayılovun yaşadığı daxmasının təmirinə və kreditinin ödənilməsinə ehtiyac var. Ona görə də, yardımsevər insanların dəstəyinə ehtiyac olduğunu vurğulayıblar. Bu məqsədlə həmçinin qazimizə yardım etmək üçün bank hesabını paylaşıblar.
Milli Ön aparatından BankofBakunu seçərək, “karta köçürülmə”, A41012 müştəri kodunu yığaraq, doğum tarixi 27.08.1985 yazmaqla yardım edə bilərsiz.
Qarabağ qazisi ilə 050786-14-77 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiz.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button