Sosial

Qazilər icra başçısının villasını axtarır

Azərbaycan Qazilər Birliyinin sədri Rey Kərimoğlu sosial şəbəkələrdə vətəndaşlara müraciət edərək Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başcısı Abdin Fərzəliyevin ev ünvanını soruşur.

O iddia edir ki, bu müraciətinə səbəb İcra Hakimiyyəti başçısının qaziləri rəsmi iş yerində qəbul etməməsidir. “Nərimanov rayonunun İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin evinin – villasının, obyektlərinin yerini yazın, zəhmət olmasa! Qazilərimiz onun evinə gedəcək, çünkü illərdir rəsmi qəbulu yoxdur bu adamın! Gedib soruşacağıq ki, Qazilər Birliyinin sədri, İdarə Heyəti səni harada tapsın?! Qazilər dərd-sərini kimə desinlər?!”, –  Rey Kərimoğlu Facebook profilində yazıb.

Rey Kərimoğlunin yazdığına görə, Fərzəliyev Nərmanov rayonuna icra başçısı   təyin olundugu 2005-ci ildən indiyədək qaziləri, veteranları bir dəfə də qəbul etməyib. “Qazilərin mənzil, iş, müalicə, dərman təminatı problemləri var, amma Bakının ən iri rayonlarından olan Nərimanov rayonunun icra başcısı şikayətciləri görməkdən boyun qacırır, yazılı müraciətlərin isə xeyri olmur”.

Nərimanov Rayon İcra Hakimiyyətindən şərh almaq mümkün olmayıb.

“Turan”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button