ManşetSosial

Qubanın icra başçısı 200 maaş kartını özünə götürüb

Qubanın İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev 200 nəfərin adını işə yazdırıb və kartlarını özü götürüb. JAMAZ.İNFO xəbər verir ki, bu iddia ilə Xaçmazda yaşayan müstəqil jurnalist Cəmil Məmmədli çıxış edib.

Qeyd edək ki, jurnalistin belə məlumat yaymasından sonra icra başçısının yaxınları və mediaya “məsul” adamı Cəmil Məmmədlini “ittiham” etməyə başlayıb. Belə ki, bir neçə şəxs adıçəkilən jurnalistin yazdıqlarından qəzəbləndiklərini, onu guya “dəstə başçısı” olması ilə ittiham ediblər.

Jurnalist özü bildirib ki, Qubanın icra başçısının qanunazidd əməllərini ortaya çıxardığı üçün bir qrup ona böhran atmaqla məşğuldur. Onların hədəfinin isə Məmmədlini bu yolla “susdurmaq”dır. Lakin həmkarımız bildirib ki, belə hədələr onu qorxutmur və Qubadakı qanunsuzluqları üzə çıxarmaqda davam edəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button