ManşetSosial

Şəhid anası dövlət başçısından yardım istədi

Şəhid anası dövlət başçısına müraciət edib. JAMAZ.İNFO xəbər verir ki, Müçginaz Quliyeva Qarabağ savaşında Şəhid düşmüş Mehman Quliyevin indiyə qədər orden və medulla təltif edilmədiyini bildirib və ölkə başçısından yardım istəyib.

Bərdə rayon, Əyricə kənd sakini Müşginaz Quliyeva bildirib ki, oğlu Mehman Quliyev Mübariz adına Postun, Talış kəndinin və Suqovuşan qəsəbəsinin alınmasında iştirak edib. “Oğlum 06.10.2020-ci il tarixində Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mən bir Şəhid anası kimi, Sizdən oğlumu istəmirəm. Mən fəxr edirəm ki, oğlum doğma Vətən yolunda Şəhid olub. Şəhid olanda 3 aylıq körpə qızı qalıb. Sizdən xahişim budur ki, Şəhidimin balasının gələcəyini və Şəhidimin əziyyətini qiymətləndirib, ona düşən haqqın verilməsinə köməklik edəsiz. Onda mən Şəhid anasının da qəlbi rahatlıq tapar”.

Xatırladaq ki, Şəhid Mehman Quliyev müddətdən artıq hərbi qulluqçu kimi, Ordumuzda qulluq edib. Quluyev Mehman Telman oğlu 29.03.1992-ci ildə anadan olub. 2009-cu ildə Əyricə kənd orta məktəbini bitirib. Hərbi xidməti dövründə kəşfiyyatçı-snayper kimi qulluqda olub. Vətən Müharibəsində fəal iştirak edib, bir sıra ağır döyüşlərdə iştirak edən Şəhid Mehman Quliyev Ağdam istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gəlib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button