Sosial

“Sipark” şirkətinin qurbanları ayağa qalxdı – VİDEO

Paytaxtın Nərimanov rayon icra hakimiyyəti qarşısında “Sipark” tikinti şirkətindən narazı olan sakinlər aksiya keçirir.
Bu dəqiqələrdə Reportyor.info-nun hadisə yerində olan əməkdaşının verdiyi özəl məlumata görə, tikinti firması tərəfindən uzun müddətdir aldadılan və mənzillərlə təmin olunmayan sakinlər Nərimanov rayon icra başçısı Abdin Fərzəliyevlə görüş tələb edirlər.
Sakinlər deyirlər ki, icra başçısı onları qəbul etməsə, Prezident Administrasiyasına yürüş edəcəklər. Şikayətçilər aksiyada bildiriblər ki, “Sipark” şəhərin Təbriz küçəsində çoxmənzilli bina tikir, amma illərdir inşaat yekunlaşmır, evlərini təhvil vermirlər.
Aksiyadan görüntüləri təqdim edirik:

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button