Sosial

Türkiyə Azərbaycana təcili 20 ədəd minatəmizləyən maşın göndərir

Qarabağda ermənilər tərəfindən döşənmiş minaların təmizlənməsi üçün Türkiyə Azərbaycana təcili olaraq 20 ədəd minaları təmizləyən xüsusi texnika göndərəcək. JAMAZ.İNFO xəbər verir ki, yerli istehsal olan MEMATT adlı həmin maşınlar kənardan idarə olunur və mina təmizlənməsi sahəsində böyük üstünlüklərə malikdir.

Məlumatda deyilir ki, Türkiyə Ordusu üçün hazırlanmış və hazırda istifadə olunan Mexaniki Mina Təmizləmə Maşınları (MEMATT) yaxın günlərdə Azərbaycana təhvil veriləcək.

Qeyd edək ki, MEMATT-ın çəkisi 12.5 tondur və poladdandır. Hhündürlüyü 6.6 metr olan maşının eyni vaxtda 1.7 metr enliyində ərazidə minaları təmizləyə bilir. Maşın insan tərəfindən idarə edilmir və partlayışlara çox dözümlüdür.

Bildirək ki, Türkiyə Azərbaycana minatəmizləyən maşınları göndərməyə başlayan kimi, istehsalçı şirkətə çoxlu sayda sifarişlər daxil olub. Belə ki, istehsalçı zavod Afrika, Cənubi Amerika və Asiya ölkələrindən sifariş yağışına tutulub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button