Sosial

Uğur Şahin: “Vaksinlərimiz yeni koronavirusu önləmək gücündədir”

Artıq bir ildir Çində peyda olub, amma bütün dünyanı lərzəyə salan koronavirusun yeni mutasiya olunmuş versiyası ortaya çıxıb. JAMAZ.İNFO xəbər verir ki, İngiltərədə müşahidə edilən koronavirusun yeni mutasiyaya uğramış formasının mənfi cəhətlərindən biri odur ki, çox yüksək sürətlə yayılır.

Elə bu səbəbdəndir ki, məsələ ilə bağlı İngiltərə ilə əlaqələrin kəsilməsi müşahidə olunur. Əksər ölkələr Londondan uçuşları ləğv edib və quru yolla ölkə ərazisinə giriş-çıxışa yasaq qoymağa başlayıb.

Amma alimlər yeni koronavirusun qorxulu olmadığını və ilkin versiyasından fərqlənmədiyini bildirirlər. Artıq alman, amerika və digər ölkərlədən olan alimlər B 1.1.7 ştamplı virusu geniş şəkildə araşdırıblar. Onların gəldiyi qənaət budur ki, yeni ştampın özəlliyi daha sürətli yayılmasıdır. Ööldürücülük qabiliyyətinin çoxluğu isə əvvəlkindən fərqli deyil.

Qeyd edək ki, dünyanda hazırda koronavirus əleyhinə vaksin hazırlayan və hazırladığı peyvəndi kütləvi şəkildə tətbiq edən yeganə şirkət “Pfizer” və “BioNTech”dir. “BioNTech” rəhbəri, koronavirus əleyhinə vaksini ilk olaraq icad edən professor Uğur Şahin virusun mutasiya olunmuş versiyası və hazırladıqları dərmanın buna təsir edib, etməyəcəyi məsələsinə aydınlıq gətirib. JAMAZ.İNFO xəbər verir ki, Uğur Şahin bildirib ki, İngiltərədə tapılan B 1.1.7 ştamplı virusu araşdırıblar. Onun sözlərinə görə, qorxulu heç nə yoxdur. “Yeni vaksin bu ştampdan olan bütün virusları önləmək gücündədir. Bundan hamı əmin ola bilər. Çünki biz klinik olaraq bütün testləri həyata keçirmişik və alınan nəticələr uğurludur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button