Cəmiyyət

Əgər…

Dünyada müharibələrə, münaqişələrə son qoymaq üçün bir neçə yol var. Öncə dərk etmək lazımdır ki, bütün varlıqlar bir mənbədən gəlir və bu minvalla biz hamımız birik, bütöv bir. Və Kainatda yad və ya düşmən deyə bir varlıq yoxdur.

Nə kosmos Yer kürəsindən, nə də Tanrı insandan ayrı deyil. Kainatda hər şey yetərincədir və biz hamımız birik.

Narahatçılığınızın, həyəcanlarınızın ilk səbəblərindən biri “nəsə çatmır”, “azdır”, “yetərli deyil” deyə düşünmənizdir.

Yetərsizlik ideyası və bir neçə insanın çox şeyə sahiblənmək yanğısı sizin planetdəki problemlərin köküdür

İnsanlar tənhalığa yox, birliyə can atmalıdılar. Ayrılıqda, tənhalıqda, soyuqluqda güc parçalanılır ki, özündən sonra qorxu və halsızlıq hissi saxlayır.  Bu minvalla da hakim olmaq arzusu yaranır. Özünüzü ayrı-ayrılıqda olan bir varlıq kimi saymayın ki, birliyin əldə etdiyi daxili güclə qüdrətli olasınız.

Tanrıdan və bir-birinizdən ayrılıq sizin daxili əzablarınızın, problemlərinizin əsas səbəbidir.

Heç nədən ayrı deyilsiniz kimi hərəkət edin ki, dünyanızın gələcəyi müalicə olunsun. Anlayın ki, məsələnin həlli hakimlikdə deyil, yalnız birlikdədir.

Kainatla butövləşin. Bunun üçün səmimi olmaq , özün kimi olmaq yetər.

Qrammatikadan yiyəlik, mənsub olmaq halını çıxardın . Hər şey Allaha məxsusdur.

Normal cəmiyyət yaratmaq üçün bu prinsiplər vacib şətrdir: Dərk,  Düzgünlük və  Məsuliyyət. Bunu isə uşaqlara təhsil yolu ilə ötürmək olar.

Əgər siz öz inkişafınızın sürətini artırmaq istəyirsinizsə, daha çox müşahidə etməyə çalışın.

Üç əsas müdriklik vardır. Biz hamımız birik. Hər şey hamı üçün artıqlaması ilədir. Biz nəsə etməyə məcbur deyilik.

Əgər siz qərar versəniz ki, biz birik, onda siz bir-birinizlə indi olduğu kimi rəftar etməzdiniz

Əgər qərar versəniz ki, hər şey yetərincədir, onda siz hər şeyi hamı ilə bölüşərdiniz.

Əgər siz qərar versəydiniz ki, nəsə etməyə məcbur deyilsiniz, onda siz problemlərinizin həlli üçün nəsə etmək əvəzinə yaşayışın elə bir halına gəlib çatardınız ki və elə bir haldan çıxış edərdiniz ki, hansı ki, sizə bu problemlərin yox olmasını hiss etmək imkanı verərdi ki, onun nəticəsində də bu problemlərin yaranma səbəbi yoxa çıxardı.

Ruh Tanrıdan olduğu üçün təmizdir. Safdır. Bədən torpaqdır, günahsızdır. Ruhla bədən harmoniyada çalışır, mane olansa beyinə kənardan yüklənən fikirlərdir.

Şüuraltınız həyatınızı yaradır. Əgər siz və cəmiyyətiniz inanarsa ki, təbiətdən sizə anadangəlmə xeyir verilib, o zaman siz həyatı təsdiq edən həyati təsdiqlər və qanunlar  verəcəksiniz. Amma əgər siz inanarsınız ki, təbiətdən  sizə anadangəlmə şər qoyulubdur, o zaman siz həyatı inkar, dağıdıcı qanunlar  verəcəksiniz.  Həyatı təsdiq qanunlar sizə imkan verəcək ki, siz yaşayasınız və istədiyinizi həyata keçirəsiniz. Həyatı inkar edən qanunlar isə sizə imkan verməyəcək siz var ola və əməl edəsiniz.

Vuqar Camal

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button