Cəmiyyət

Ermənilər dinc oturmurlar: Bu dəfə daşnaklar Xankəndinə səfər ediblər

Ermənistan Azərbaycan tərəfinin dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymayaraq, yenə də Bakının icazəsi olmadan Qarabağa səfərlər edirlər. JAMAZ.İNFO xəbər verir ki, bu gün Ermənistan Daşnaksütun Partiyasının sədri İşxan Saqatelyan Xankəndinə gedərək, oradakı terrorçuların “XİN başçısı” David Babayanla görüşüblər.

Görüşdə bir sıra məsələlər, o cümlədən Qarabağ məsələsi müzakirə olunub.

JAMAZ.İNFO xəbər verir ki, bir müddət əvvəl Ermənistanın XİN başçısı Ara Ayvazyan Xankəndinə səfər edərək, orada terrorçuların nümayəndələri ilə görüşmüşdü. Həmin vaxt rəsmi Bakı bəyan etmişdi ki, onların icazəsi olmadan Xankəndinə səfərlər etmək ciddi problemə səbəb olacaq. Üstəlik, xəbərdarlıq edilmişdi ki, əgər ermənilər icazəsiz Qarabağa səfərlərini davam etdirərlərsə, bunun nəticəsi çox ağır olacaq. Görünür, ermənilər Azərbaycanın dedikləri sözlər ermənilərin qulağına çatmayıb. Və ya çatıbsa da, ciddiyə almayıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button