Cəmiyyət

Növbəti erməni yalanı: Qarabağa 110 min erməni qayıdıb?

“Qarabağda hazırda 105-110 min erməni yaşayır. 35-40 erməni isə Ermənistandadır və yaxın vaxtlarda geri dönəcəklər”. JAMAZ.İNFO xəbər verir ki, bu yalanı Qarabağdakı terrorçu qruplaşmanın nümayəndəsi Artaq Bəyləryan deyib.

Onun sözlərinə görə, guya, Ermənistanda yaşayan Qarabağ erməniləri qaçqınlardırlar və onların geri gətirilməsi üçün tədbir görülür. “Əhalinin ¼-i öz evlərini itiriblər. Geri dönənlərdən 10 min nəfərinə hotellərdə və kənd yerlərindəki boş qalmız evlərdə yerləşdirilib. Hazırda yeni ervlərin tikintisi davam edir”.

P.S. Qeyd edək ki, Bəyləryan ağ yalan danışıb. Dünyanın düz vaxtı Xankəndi, Ağdərə və Əsgəranda 150 min erməni yaşamayıb. Hətta son sovet statistikasında da bununla bağlı rəqəmlərdə 80-90 minlik hədd aşılmayıb. 44 günlük müharibəyə qədər isə qeyd olunan şəhərlərimizdə yaşayan ermənilərin sayı 60-65 min nəfəri keçməyib.

Ermənilərin belə yalan danışması anlaşılandır. Onlar hər işdə olduğu kimi, əhalinin say məsələsində də saxtakarlıq edirlər. Rəqəmləri qəsdən şişirdirlər ki, dünyaya göstərsinlər ki, guya, Qarabağda Azərbaycanlılar yaşamayıb. Halbuki 1990-cı illərə qədər hazırda rus sülhməramlılarının nəzarətində olan rayonlarımızda azərbaycanlıların sayı ermənilərdən ya çox olub, ya da onlarla eyni say təşkil edib.

Digər tərəfdən, rus sülhməramlıları rəsmi olaraq bəyan ediblər ki, müharibə bitdikdən sonra Qarabağa geri dönən ermənilərin sayı 53 min nəfər olub. Hətta bəzi rus mənbələri etiraf edirlər ki, Ermənistandan Qarabağa gətirməyə erməni tapa bilməməklə yanaşı, Xankəndi və ətraf rayonlarda məskunlaşmış ermənilər də imkan tapdıqca Rusiyaya qaçırlar.    

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button