Cəmiyyət

Rusların qoruduğu ərazidə erməni maşınları daşa tutulub?

İki gün öncə Qafan-İrəvan magistral yolunun David-Bek və Şurnux kəndlərindən keçən hissəsində erməni maşınları daşa tutulub. JAMAZ.İNFO xəbər verir ki, bu iddia ilə Qafanın meri Gevork Parsyan çıxış edib.

O deyib ki, Ermənistana məxsus dövlət nömrə nişanı olan avtomobillər mütəmadi olaraq daşa tutulur. Və Parsyan iddia edib ki, daşa atanlar azərbaycanlılardır.

İşin maraqlı tərəfi odur ki, Qafanın meri açıqlamasında özünü dolaşığa salıb. O bildirib ki, maşınlar o ərazidə daşa tutulur ki, həmin hissə rus sülhməramlılarının nəzarətindədir.

P.S. Ermənilər mütəmadi olaraq Şurnux yolunda insidentlərin olduğunu iddia edirlər. Hələ bir xeyli əvvəl həmin yolun üzərində “Azərbaycana xoş gəlmisiz” sözləri yazılmış tablobun təkcə, daşla deyil, avtomat silahlardan gülləbaran edilməsini də ermənilər Azərbaycan tərəfinin üzərinə atmağa çalışırdılar.

Ermənilər bu dəfə də analoji bəhanə və yalana əl atıblar. Lakin yalançının yaddaşı olmaz. Parsyanın yalanı ondadır ki, daş atılan ərazinin ruslar tərəfindən qorunduğunu özü də etiraf edir. Əgər ərazi rus sülhməramlılarının nəzarətindədirsə, deməli, orada Azərbaycan əsgəri yoxdur. Eyni zamanda, Azərbaycan Əsgərinin işi-gücü qurtarıb ki, erməni maşınlarını daşa tutsun? Və bu, onların nəyinə lazımdır?

Bəli, o mümkün məsələdir ki, rus hərbçiləri erməniləri ələ salmaq üçün yoldan keçən maşınlara daş atsınlar. Amma bunun Azərbaycan tərəfinə nə istisi var, nə də soyuğu.

Aydın məsələdir ki, erməni tərəfi qaşınmayan yerdən qan çıxarmağa çalışır. Görünür, 44 günlük müharibədə aldıqları dərs yetərli olmayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button