Cəmiyyət
Xankəndidə ev yandı, 59 yaşlı kişi öldü
Bu gün Xankəndi şəhərindəki mənzillərdən birində yanğın baş verib. JAMAZ.İNFO xəbər verir ki, hadisə səhər saat 07:46-da baş verib.
Hadisə yerinə gələn yanğınsöndürənlər bir saat ərzində yanğını lokallaşdıra biliblər. Mənzilə baxış keçirən zaman otaqlardan birindən 59 yaşlı kişinin meydi tapılıb. Həmin şəxs evin sahibi olub, onun yanğından öldüyü müəyyən edilib.