Dünya

Çindən Rusiyaya dəstək: “Moskvanın Ukraynaya hücumu işğal deyil, haqqıdır”

Çin açıq şəkildə Rusiyanın müdafiəsinə qalxıb. JAMAZ.İNFO xəbər verir ki, rəsmi Pekin Moskvanın Ukraynaya qarşı həyata keçirdiyi hərbi əməliyyatlara dəstək verdiyini dolayısı ilə bəyan edib.

Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Hua Çunyinq xarici mediaya verdiyi açıqlamasında bildirib ki, Rusiyanın Ukraynanı işğal etməsi fikrini qəbul etmirlər. “Rusiyanın atdığı addımı işğal kimi təqdim etmək olar, lakin biz bunu qəbul etmirik. Rusiya fövqəldövlət olaraq, öz maraqlarını təmin etmək üçün addımlar atır. Bu, onun haqqıdır”.

Bundan başqa, Çin hökuməti Qərbi Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyinə görə tənqid edib və bildirib ki, bu “ədalətsiz” qərardır. Həmçinin Pekin bu sanksiyalara qoşulmayacağını bəyan edib. Ardından isə Rusiyadan buğda alışı ilə bağlı yeni müqavilə bağlayacaqlarını bildirib.

Ən maraqlı məqam isə Çin hökumətinin Ukraynada yaşayan vətəndaşlarına çağırışdır: “Diqqətli olun. Avtomobilinizlə küçəyə çıxmayın. Yollar hər an bağlana bilər. Partlayışlar nəticəsində böyük beton qalıqları sizə zərər verə bilər. Əgər şəxsi avtomobillərinizlə uzun bir məsafə qət etmək məcburiyyətinz olarsa, o zaman maşınlarınıza Çin bayrağı taxın”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button