Dünya

Erməni snayperçi üçün pul yığırlar: Maral Nacaryana ev almaq istəyirlər

44 günlük müharibə zamanı əsir düşmüş erməni snayper Maral Nacaryan bir müddət əvvəl Livandan Ermənistana köçüb. JAMAZ.İNFO xəbər verir ki, hazırda İrəvan yaxınlığındakı kənddə köhnə daxmada yaşayan snayperçi qadın, bir neçə xəstəliyə də tutulub.

Onun yaxınlarından biri Tatjik Şaboyan bildirib ki, Nacaryanın ayağında və belində problemlər var. “O, İrəvanın yaxınlığında aylıq 60 min drama (120 dollara), soyuq bir evdə kirayə qalır. Dövlət ona heç bir köməklik göstərmir. Dizində iltihab var, çətinliklə yeriyir. Bu vəziyyətdə hər gün İrəvana gələrək, orada manikür işləri öyrənir”.

Şaboyan daha sonra deyib ki, Nacaryanın oğlunun da onurğasında problem var. Lakin onun Ermənistana gəlmək niyyəti yoxdur.

JAMAZ.İNFO xəbər verir ki, ermənilər hazırda sosial şəbəkələrdə Maral Nacaryana ev almaq üçün pulyığma kampaniyası təşkil ediblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button