Dünya

Fransız diplomat: “Hər hansı bir hadisə baş verərəcə, Fransa Ermənistana tam dəstək verəcək”  

İrəvanda səfərdə olan Fransanın xarici işlər və Avropa məsələləri üzrə dövlət katibi Jan-Batist Lemuan Parisin Ermənistana verəcəyi dəstəkdən danışıb. JAMAZ.İNFO xəbər verir ki, Lemuan İrəvanı əmin edib ki, Fransa bütün hallarda onları dəstəkləyəcək.

Onun sözlərinə görə, Fransa hər zaman Ermənistanın yanında olub və bundan sonra da olacaq. “Biz Ermənistanı dəstəkləmişik və dəstəkləməyə də davam edəcəyik. Hər hansı bir təhlükə yaranarsa Paris İrəvanın yanında olacaq”.

Amma fransız diplomat bununla da yetinməyib. O deyib ki, Fransa prezidenti Emmuanel Makron hazırda 44 günlük Qarabağ müharibəsi məsələsinin araşdırılması ilə bağlı tapşırıq verib. “Fransa prezidenti 44 günlük Qarabağ müharibəsində Azərbaycan və Türkiyənin Suriyadan gətirdiyi muzdlu döyüşçülərlə bağlı hər yerdə danışır, müzakirələr aparır”.

P.S. Fransa hakimiyyətinin Ermənistana dəstək verməsində təəccüblü bir şey yoxdur. Təəccüblü olan odur ki, vaxtıyla Əlcəzairdə minlərlə insanı qıraraq, soyqırım törədən bir ölkə Türkiyəni “soyqırım törətməkdə” ittiham edir. Bu azmış kimi, həyasızcasına Qarabağ savaşında Azərbaycanın Suriyadan muzdlu gətirdiyini deyir. Və heç bir sübut olmadan. Adam bu fransızlara lap fransız qalır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button