Dünya

NATO Ukraynaya qoşun göndərir: Komandanlıq Türkiyəyə verildi

Ukrayna cəbhəsində ciddi hərkətlilik var. JAMAZ.İNFO xəbər verir ki, Rusiyanın Ukraynanı işğal etməsi üçün son hazıərlıqlara başladığı, NATO-nun isə əsas qüvvələri bölgəyə cəlb etməyə başlayıb.

Qeyd edək ki, Rusiyanın prezidenti Vladimir Putin ötən günlərdə NATO-ya təkliflər verərək, onlardan “qırmızı xətləri” keçməməyi tələb etmişdi. Həmin tələblərdən biri də bu idi ki, NATO keçmiş Sovet respublikalarında mövcud olmamalıdır. Lakin NATO bu təklifləri qəbul etməyib. Bunu ittifaqın rəsmilərinin verdiyi açıqlamadan da aydın görmək mümkündür.

Frans-Press agentliyinin yaydığı məlumata görə, Moskva Qərbin hər hansı sərt addımlarına qarşılıq olaraq konkret hərəkətlənmələrə əl atacağı bölgədə vəziyyəti daha da gərginləşdirib. Agentliyin məlumatına görə, Kreml rəsmilər Qərb və NATO-nun “qırmızı xətləri” keçəcəyi təqdirdə, daha sərt münasibətlə qarşılaşmalıdır israrına davam edirlər. Lakin Qərbin də əlində bəzi rılçaqlar var. Bunlardan ən birincisi ən ağır iqtisadi sanksiyalarıdır.

Bildirək ki, Rusiya Ukranya sərhəddinə minlərlə hərbi texnika, silah və sursat, habelə raket qoşunları və 140 min əsgər cəlb edib. Ukrayna isə öz sərhədlərini qorumaq və müdafiə olunması üçün bölgəyə 175 min əsgər çıxarıb.

Almaniyanın “Welt” qəzeti isə başqa bir iddia ilə çıxış edib. Qəzet yazıb ki, NATO Rusiyaya qarşı konkret addımlar atmağa başlayıb. Bu addımlardan biri də sürətli müdaxilə qüvvələrinin əməliyyata hazırlıq səviyyəsini artırmaqdır. Həmin xəbərdə iddia edilir ki, NATO-nun tərkibində fəaliyyət göstərən Yüksək Hazırlıq Səviyyəli Müştərək Əməliyyat Qüvvələri  (VJTF) hazırlıq vəziyyətinə gətiurilib və onun 5 gün ərtazində bölgəyə çatdırılması məqsədi ilə bütün hazırlıqlar tamamlanıb. “Bu silahlı birləşmənin komandanlığı hazırda Türkiyədədir. Türkiyənin hərbi birlikləri iki günlə 7 gün arasında, əməliyyata tam hazır vəziyyətə gətiriləcək”.

Qeyd edək ki, VJTF-nin tərkibində 40 min NATO əsgəri var. Son təlimlər Polşada keçirilib. Bu qruplar Əfqanıstanda bir sıra əməliyyatlarda iştirak ediblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button