Dünya

Rus əsgərlər üsyana qalxdı: Komandirlərini tankla əzdilər

Rusiyanın 37–ci Alayının əsgərləri Ukraynadakı döyüşlərdən birində heyətinin yarısını itirdikdən sonra komandirlərinə qarşı üsyana qalxıblar. JAMAZ.İNFO xəbər verir ki, bu iddia ilə ukraynalı jurnalistlərdən biri çıxış edib.

Həmin iddiaya görə, mühasirəyə düşərək, şəxsi heyətin yarısını itirən polkun komandiri əsgərlərinin hücumuna məruz qalıb. Baş verənlərdən qəzəbli olan hərbçilər alay komandirinin üzərindən tankla keçərək, onun ayaqlarını əziblər. Alay komandirinin ölüb, ölmədiyi məlum deyil. Lakin onun ağır yaralı halda Belarusiyadakı hərbi hospitallardan birinə çatdırıldığə deyilir.

Bu əsnada, üsyanı yatırmaq üçün əraziyə dərhal Çeçenistandan gətirilmiş “Kadırovun dəstəsi” göndərilib. Tankla əzilən komandiri də ərazidən onlar çıxarıblar. Hətta Çeçenistanın prezidenti Ramazan Kadırovun yayımladığı videoda da alay komandirinin ağır vəziyyətdə xərəktdə daşındığı görüntüləri qeyd olunub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button