DünyaManşet

Rusiya Xəzərdəki hərbi donanmasını Krıma göndərdi

Ukrayna və Rusiya arasında vəziyyət kritik həddə çatıb. JAMAZ.İNFO xəbər verir ki, Moskvanın təlimatı əsasında Xəzər dənizindəki Hərbi Donanmaya məxsus gəmilər dünəndən etibarən Qara dənizinə daşınmağa başlayıb.

CNN-in yaydığı xəbərə görə, hərbi gəmilər və döyüş katerlərinin Krıma daşınmasının səbəbini Rusiya Müdafiə Nazirliyi hərbi təlimlər keçəcəkləri ilə əsaslandırıb.

Bundan başqa, Rusiyanın Krım istiqamətində dünəndən etibarən 100 minlik ordu göndərdiyi də məlum olub. Həmin hərbi konvoyda xeyli sayda tanklar, raket sistemləri və havadan müdafiə komplekslərinin olduğu deyilir.

“CNN International” açıqlama verən Pentaqon rəsmisi isə bildirib ki, onlar hadisələri diqqətlə izləyirlər. Bundan başqa, ABŞ Qara dənizə Hərbi Donanmasına məxsus bir neçə gəmilərini də göndərməyi planlaşdırır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button