Dünya

Ruslan Puxov: “Ukrayna hücum edərsə, Donbas iki günə məğlub olacaq”

“Ukraynanın mümkün hücumu məsələsində üç qeyri-tarazlıq amili nəzərə alınmalıdır”. JAMAZ.İNFO xəbər verir ki, bunu Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxov deyib.

O, birinci amil kimi, Ukraynanın mümkün hücumu olarsa, Donetsk yəqin ki, ikinci gün təslim olacaq. “Buna heç bir şübhə yoxdur. Çünki cəbhə xəttinə çox yaxındır. İkincisi, hücum olarsa, ukraynalılar təbii ki, problemin həll olunduğunu elan etmək üçün Rusiya ilə sərhədə çatmağa çalışacaqlar. Onların əsas vəzifəsi Rusiyanın prosesə qarışmasının qarşısını almaq olacaq”.

Ekspertin nöqteyi-nəzərincə, üçüncü məqam onunla bağlıdır ki, hazırda Donbass respublikalarının xalq milisləri elə də etibarlı qüvvə deyillər. “İnsanlar müharibədən yorulublar və yumşaq desək, döyüşə o qədər də hazır deyillər. Yəqin ki, çox ciddi çatışmazlıq da var. Ona görə də, onlar az müqavimət göstərə biləcəklər. Əgər Rusiya tez müdaxilə etməsə, o zaman respublikaların məğlubiyyəti prinsipcə günlərin yox, saatların işidir”.

Puxov “saatla” deyərkən, 3-4 yox, 36 və ya 48 saat nəzərdə tutduğunu ifadə edib. “Başa düşməliyik ki, Ukrayna ordusu 2014-20115-ci ildəki deyil. Bu, döyüşlərdə möhkəmlənmiş bir ordudur. Çox yüksək motivasiyaya malikdir. Müttəfiqləri onlara çox fəal kömək edir və onlar özləri silahlı qüvvələrinə sərmayə qoyurlar. Ona görə də bu, həqiqətən də ciddi qüvvədir və onu qiymətləndirməmək lazım deyil. Vaxtıyla ermənilər də azərbaycanlıları kiçik və zəif qüvvəhesab edirdi. Amma bunun əvəzini ödədilər, nəticədə tam məğlubiyyətə uğradılar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button